Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Turaclı kəndində sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.

14 noyabr 2022 | 11:18

  Turaclı kəndində 11 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kəndin yaxınlığında məskunlaşmış məcburi köçkün ailələrinə məxsus mal-qaranın bağ sahələrinə ziyan vurması ilə bağlı tədbir görülməsinə və pay torpağının məcburi köçkünlər tərəfindən zəbt olunmasının qarşısının alınmasına,  kəndətrafı örüş sahəsinin əkin dövrüyyəsinə cəlb olunmasına,  kəndin küçələrinin işıqlandırılmasının  bərpa olunmasına  köməklik göstərilməsi ilə bağlı olmuşdur.

    Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. Sonda şəhid ailələri və Vətən müharibəsi iştirakçıları  ilə görüş keçirilmişdir.

 

Keçidlər