Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Uzuntala kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

23 may 2025 | 16:37

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Uzuntala kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilmişdir.

 Rayonun hüquq-mühafizə orqanları və aidiyyatı qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kənd məktəbinin əsaslı təmir olunması və ya yeni binanın tikilməsinə, qırx ailənin yaşadığı ərazidə içməli su təchizatının yaxşılaşdırılmasına, gər tingi əkmək üçün bələdiyyənin ehtiyat fondundan torpaq sahəsinin ayrılmasına, fərdi yaşayış evinə qaz və elektrik xəttinin çəkilməsinə, intensiv yağışlar zamanı həyətyanı sahəyə düşən suyun suötürücü kanala çatdırılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda qaldırılan məsələlər nəzarətə götürülərək, onların həlli ilə bağlı rayonda fəaliyyət göatərən xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər