Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Uzuntala kəndinin sakinləri ilə səyyar görüşü keçirilmişdir

20 may 2024 | 17:50

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Uzuntala kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kənd məktəbinin təmir olunmasına, vətəndaşın evinə elektrik xəttinin çəkilməsinə və aqrar islahat zamanı ailəsinə düşən pay torpaq sahəsinin sənədləşməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

 

Keçidlər