Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Zəyəm kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

22 fevral 2023 | 09:30

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq  Zəyəm kəndində 21 fevral 2023-ci il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

    Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kəndin yeni yaşayış massivinə telefon xəttinin çəkilməsinə, kənddaxili yolların təmirinə, zəyəm kəndi ilə Tasmalı kəndi sərhəddindəki çay yatağının təmizlənməsinə,mədəniyyət evinin həyətyanı sahəsində olan elektrik dirəyinin yerinin dəyişdirilməsinə və ya elektrik naqillərinə maneə törədən ağacın budanmasına, əkin sahəsinə su kanalaının çəkilməsinə köməklik göstərilməsi  ilə bağlı olmuşdur.

   Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. Sonda Vətən müharibəsi iştirakçılarıyla görüş keçirilmişdir.

 

Keçidlər