Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Zəyəm kəndinin sakinləri ilə səyyar görüşü keçirilmişdir

24 yanvar 2024 | 16:14

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Zəyəm kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kəndin 20 təsərrüfatının olduğu ərazidə qəzalı elektrik dirəklərinin dəyişdirilməsinə, əkin sahələrinin ətrafındakı suötürücü kanalın təmizlənməsinə, Zəyəm kənd tam orta məktəbinin istilik sisteminin duru yanacaqdan qaz istilik sisteminə dəyişdirilməsinə, kəndin 60 təsərrüfatının olduğu küçədə artezian quyusunun çökməsinə qarşı tədbir görülməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

 

Keçidlər