Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Sabahınız xeyir, Qax !

05 yanvar 2026 | 09:06

Axar-Baxar Milli Parkı-  Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılması, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası və regionlarda ekoturizmin inkişaf etdirilməsi məqsədilə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 iyul 2025-cı il tarixli Sərəncamı əsasında Axar-Baxar Milli Parkı yaradılmışdır və Azərbaycanın Qax, Samux və Yevlax rayonları ərazisində yerləşir. 23901,99 hektar sahəni əhatə edir.

Ərazi mürəkkəb coğrafi quruluşa malik ardıc və saqqızağacı cəngəlliklərinin mövcud olduğu bozdağlar, kserofit və efemer bitki assosiasiyalarının mövcud olduğu arid yarımsəhra bozqırlar, Qanıxçay boyu Tuqay meşəlikləri və qamışlıqlardan ibarətdir.

Milli parkın ərazisində qışı mülayim, yayı isti, quraq keçən yarımsəhra və quru çöl (quru subtropik iqlim) iqlim tipi hakimdir. İllik yağıntınin miqdarı 200–400 mm-dir. Havanın orta illik temperaturu 10-14 °C arasında dəyişir. Ən soyuq ayın orta temperaturu - 3-dən + 18 °C arasında dəyişir. Ən isti ayın orta temperaturu + 22 °C-dən yuxarıdır. İlin ən quru dövrü qış aylarına təsadüf edir.

Ərazidə Ağıriyli ardıc, saqqızağacı, Ağ qovaq, Şərq palıdı, Eldar armudu, Qafqaz xarıbülbülü, Nöqtəli səhləb, Eyxler dağlaləsi, Şoranyer qarğasoğanı, Gürcü süsəni və s. bitkilər yayılmışdır.

Axar-Baxar Milli Parkında Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşmüş bitki, heyvan və quş növləri mövcuddur.

Nöqtəli səhləb (Orchis punctulata), Şoranyer qarğasoğanı (Gladiolus halophilus), Çöl pişiyi (Felis libyca), Zolaqlı kaftar (Hyaena hyaena, Qara leylək (Ciconia nigra), Çöl qartalı (Aquila nipalensis) Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmişdir.

Milli Park Çöl donuzu, Qonur ayı, Boz canavar, Adi tülkü, Daşlıq dələsi, Adi porsuq, Meşə pişiyi, Boz dovşan, Adi süleysin, Meşə süleysini, Avropa vaşaqı, Çöl pişiyi, Zolaqlı kaftar, Çay samuru, safsar, ceyran, İmperator qartalı, Qara  kərkəs, Ağbaş  kərkəs, İlanyeyən qartal, Çay qaraquşu, Ağquyruq dəniz qartalı, Qara leylək, Çöl qartalı, Böyük xallı qartal və s. heyvan və quş növləri ilə zəngindir.

 

 

Keçidlər