Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Şahin” Hərbi İdman oyununun II mərhələsi olan rayon birinciliyi keçirilmişdir

16 mart 2024 | 20:58

16 mart 2024- cü il tarixdə Rayon İcra Hakimiyyəti, Qax rayonu üzrə gənclər və idman sektorunun,Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinin və Şəki Zaqatala regional Təhsil İdarəsinin Qax sektorunun birgə təşkilatçılığı ilə “Şahin” Hərbi İdman oyununun II mərhələsi olan rayon birinciliyi şəhər stadionunda həyata keçirilmişdir. Yarışlarda 4 komandada 56 nəfər iştirak etmişdir. Əvvəlcə meydana  Azərbaycan Respublikasının Dövlət bayrağı gətirilmiş, Dövlət Himni səslənmişdir.

Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova, Qax rayonu üzrə gənclər və idman sektorunun müdiri Elvin Həsilov Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinin rəisi Polkovnik Leytenant Elşən Əhmədov, Şəki Zaqatala regional Təhsil İdarəsinin Qax sektorunun müdiri Babək Heydərov gənc şahinlərə uğurlar arzulamışlar.         Məktəblilərin ordu sıralarına hazırlanması və hərbi- vətənpərvərlik ruhda tərbiyə olunması məqsədilə keçirilən yarışda iştirak edən 4 komandadan bütün mərhələlərin yekunlarına görə  1 - ci yerə 2 saylı, 2- ci yerə 3 saylı,  3- cü yerə isə 5 saylı tam orta məktəbinin komandası layiq görülmüşdür.

 

Keçidlər