Şahmalıyev Şahid Zəkəriyyə oğlu
25 may 2026 | 09:13
Sabahın xeyir, #Qax!
Şahmalıyev Şahid Zəkəriyyə oğlu 1969-cu il iyunun 25-də Qax şəhərində anadan olub. İlk təhsilini şəhər 4 saylı tam orta məktəbində alıb. Həmin məktəbin 8-ci sinifini bitirdikdən sonra təhsilini Qax Texniki Peşə məktəbində (indiki Qax Peşə liseyi) davam etdirib.
1989-cu ildə Sovet ordusunda hərbi xidmətə çağırılıb, Çelyabinsk vilayətində xidməti borcunu yerinə yetirdikdən sonra vətənə qayıdıb.
XX əsrin sonlarında Sovet İttifaqına daxil olan bütün respublikalarda, o cümlədən Azərbaycanda ictimai-siyasi vəziyyət ağırlaşmışdı. Erməni qəsbkarları bu dəfə də fürsətdən istifadə edərək, Azərbaycan torpaqlarını ələ keçirmək, azərbaycanlıları soyqırımına məruz qoymaq məqsədilə məkrli planlarını həyata keçirməyə başladılar.
Məhz bele bir zamanda, vətənin dar günündə igid oğullarımız torpaqlarımızın müdafiəsinə qalxdı. Belə oğulların sırasında həmyerlimiz Şahmalıyev Şahid də var idi. O, Milli Orduya könüllü olaraq yazılaraq Ağdam uğrunda gedən döyüşlərə qatılıb və 1992-ci ilin iyun ayının 16-da Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.






