Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Sakinlərlə növbəti səyyar görüş keçirilmişdir.

29 iyun 2022 | 16:52

       Zərnə kəndində 28 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.          

       Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər dinlənilmişdir.  Müraciətlər  kənddə    içməli  su xəttinin təmir olunmasına, kənd yolunun texnika vasitəsi ilə hamarlanmasına,  elektrik enerjisi təminatında tez-tez yaranan fasilələrin aradan qaldırılmasına  köməklik göstərilməsi ilə bağlı olmuşdur.

          Qəbulda  qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti  qurumlara müvafiq tapşırıq və tövsiyələr verilmişdir. Sonda  şəhid və qazi ailələri ilə görüş təşkil olunmuşdur.

 

Keçidlər