Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Sarıbaş kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir.

23 avqust 2023 | 09:34

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Sarıbaş kəndində 22 avqust 2023-ci il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kənd yolunun təmir olunaraq  körpünün salınmasına, tibb xidməti səviyyəsinin yaxşılaşdırılmasına, daimi yaşayan ailələrə odun yanacağının verilməsinə, kəndə məxsus örüş sahələrinin İlisu kənd sakinləri tərəfindən  istifadə edilməsinin qarşısının alınmasına köməklik gostərilməsi ilə bağlı olmuşdur.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. 

 

Keçidlər