Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Səfərov Əfəndi Cahangir oğlu

11 noyabr 2026 | 08:51
Sabahın xeyir, #Qax!
Səfərov Əfəndi Cahangir oğlu 1 yanvar 1996-cı ildə Qax rayonunun Qaxbaş kəndində anadan olub. 2002-ci ildə Qaxbaş kənd 2 saylı tam orta məktəbinin birinci sinfinə gedib. Beşinci sinfə qədər həmin məktəbdə təhsil aldıqdan sonra təhsilini Respublika Olimpiya İdman Liseyində davam etdirib. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Əfəndi Səfərov 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəsur döyüşçü", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalları və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyun 2026-cı il tarili Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
14 noyabr 2020 – ci il tarixdə Qax şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Allah şəhidlərimizə rəhmət eləsin.
Keçidlər