Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Şəhid polkovnik-leytenant Məmmədov Sadiq Sadəddin oğlu

23 iyun 2026 | 07:45
Sabahın xeyir, #Qax!
Şəhid polkovnik-leytenant Məmmədov Sadiq Sadəddin oğlu 1981-ci il iyunun 23-də Qax rayonunda anadan olub. 1987-ci ildə Qax şəhəri Namiq Allahverdiyev adına 2 saylı məktəb-liseyin 1-ci sinfinə gedib. 1998-ci ildə orta məktəbin 11-ci sinifini bitirdikdən sonra elə həmin il Heydər Əliyev Adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2002-ci ildə Ali Hərbi Məktəbi bitirərək, leytenant rütbəsi ilə Salyan rayonunda təyinat üzrə xidmətə başlayıb.
2015-ci ildə Naftalan şəhərində daha sonra isə Tərtər rayonunda xidmət edib. 2016-cı ilin aprel döyüşlərinin də iştirakçısı olan Sadiq Məmmədov 2018-ci ildən Qusar rayonunda yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirib. 2020-ci il sentyabrın 27-dən Vətən Müharibəsinə qatılaraq döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 26 – sı Qubadlı-Laçın istiqamətində qəhrəmancasına şəhid olub. 2020-ci il oktyabrın 28-i Qax şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. Şəhidimizin adı əbədiləşdirilərək şəhər ərazisində küçəyə verilib.
Ailəli olub. 3 övladı yadigar qalıb.
Xidməti dövründə
26.06.2008 - “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley
26.06.2013 - “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley
26.06.2015 - “Qüsursuz xidmətə görə” 3-cü dərəcə
26.06.2018 - “Azərbaycan Ordusunun 100 illiyi” yubiley
26.06.2020 - “Qüsursuz xidmətə görə” 2-ci dərəcə
Ölümündən sonra
15.12.2020 - “Azərbaycan Bayrağı” ordeni
15.12.2020 - “Vətən uğrunda”
25.12.2020 - “Xocavəndin azad olunmasına görə”
24.06.2021 - “Cəbrayılın azad olunmasına görə”
24.06.2021 - “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Keçidlər