Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Şəhid Yusifli Məhəmmədin anım mərasimi keçirilmişdir

25 avqust 2022 | 11:47

   Vətən torpağının azad edilməsini məhz  onlara- qanı ilə tarixə silinməz izlər qoyan şəhid qəhrəmanlarımıza borcluyuq. Bu yurdun yetişdirdiyi qəhrəman oğullar cismən aramızda olmasa da, onlar hər daim millətimizin qəlbində yaşayır. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır.  Belə oğullardan biri də Məhəmməd Yusiflidir.

     Məhəmməd Rəhman oğlu Yusifli 23 avqust 2001-ci ildə  rayonun  Almalı kəndində anadan olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmiş, Ağdam, Ağdərə və Fizuli istiqamətlərində qəhrəmancasına vuruşmuşdur. Məhəmməd Yusifli Oktyabır ayının 2-də Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

   Avqustun 23-də Almalı kəndində şəhidin doğum günü ilə əlaqədar mərasim keçirilmişdir. Mərasimdə rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP rayon təşkilatının sədri, şəhidin ailə üzvləri, ictimaiyyətin nümayəndələri, gənclər iştirak  etmişlər. Şəhidin məzarı  üzərinə gül dəstələri düzülmüş, ruhuna dualar oxunmuş,  xatirəsi ehtiramla yad edilmiş və Vətən müharibəsindəki şücaətindən,  şərəfli döyüş yolundan söz açılmışdır.

   Vətən xidmətini, eyni zamanda döyüş əmrlərini layiqincə yerinə yetirən, Almalı kəndinin şəhidi ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Laçının azad olunmasına görə" və  "Suqovuşanın azad olunmasına görə"  medalları ilə təltif        edilmişdir.

Keçidlər