Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Şəhidin anım mərasimi keçirilmişdir.

13 dekabr 2022 | 16:24

        Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda canından keçən igid oğullarımızdan biridə Abdullayev Cavid Vahid oğludur. O, 2000-ci il aprelin 23-də Qax rayonunun Qaşqaçay kəndində anadan olmuşdur.

       Dekabrın 13-də şəhidin anım mərasimi keçirilmiş və xatirəsinə inşa olunan  bulağın açılışı olmuşdur. Anım mərasimində rayon rəhbərliyi, YAP Qax rayon təşkilatı, hüquq-mühafizə orqanları  və ictimaiyyətin nümayəndələri  şəhidin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla yad edərək  ruhuna dualar oxumuşlar.

     Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə   şəhidlik zirvəsinə   ucalmış Cavid Abdullayev ölümündən sonra “Azərbaycan Bayrağı ordeni”, "Vətən uğrunda"  və “Xocavəndin azad olunmasına görə” medalları  ilə təltif   edilmişdir.
     Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər