Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Şəhidlərimizin anım mərasimləri keçirilmişdir.

30 sentyabr 2022 | 16:20

  Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən igid oğullarımızın  şəhidlik zirvəsinə yüksəlməsindən iki il ötür.      
    Bu həftə də ənənəvi olaraq rayonumuzda  Vətən müharibəsində qəhrəmancasına döyüşmüş şəhidlərimizdən Bünyadlı Rəvan Asif oğlu, Rəsulzadə Təbriz Əfraim oğlunun, Dursunov      Fərid  Fazil oğlunun, Məmmədli Kənan Vəfadar oğlunun, İsrafilov Abdulla Yadigaroviçin anım mərasimləri keçirilmişdir.  
    Tədbirdə rayonun və  hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri  iştirak  etmişlər. Şəhidlərin məzarları  üzərinə gül dəstələri düzülmüş, ruhlarına dualar oxunmuş, xatirələri    ehtiramla yad edilmişdir.         
     Mərasimlərdə şəhidlərin Vətən müharibəsindəki şücaətlərindən, onların şərəfli döyüş yollarından söz açılmışdır.        
     Ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canından keçmiş bütün  şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə  isə şəfa diləyirik!
   

Keçidlər