Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Şəhidlərimizin anım tədbirləri keçirilmişdir

12 oktyabr 2022 | 16:56

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən igid oğullarımızın şəhidlik zirvəsinə yüksəlməsindən iki il ötür.

Bu həftə də ənənəvi olaraq rayonumuzda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş şəhidlərimizdən Yusifli Məhəmməd Rəhman oğlunun, Babayev Samsun Şəmsəddin oğlunun, Qarayev Anar Çingiz oğlunun, Ramazanov Fərid Ömər oğlunun, Abbasov Ramil Sabir oğlunun anım mərasimləri keçirilmişdir.

Tədbirdə rayonun və hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri iştirak etmişlər. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülmüş, ruhlarına dualar oxunmuş, xatirələri ehtiramla yad edilmişdir.

Mərasimlərdə şəhidlərin Vətən müharibəsindəki şücaətlərindən, onların şərəfli döyüş yollarından söz açılmışdır.

Ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik!

Keçidlər