Şəhidlərin anım mərasimləri keçirilmişdir
Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən igid oğullarımızın şəhidlik zirvəsinə yüksəlməsindən iki il ötür.
Bu həftə də ənənəvi olaraq rayonumuzda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş şəhidlərimizdən Əlizadə Qorxmaz Arif oğlunun, Əliyev Təbriz Tofiq oğlunun və Məmmədli Seymur Hacırəsul oğlunun anım mərasimləri keçirilmişdir.
Tədbirdə rayonun və hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri iştirak etmişlər. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülmüş, ruhlarına dualar oxunmuş, xatirələri ehtiramla yad edilmişdir.
Mərasimlərdə şəhidlərin Vətən müharibəsindəki şücaətlərindən, onların şərəfli döyüş yollarından söz açılmışdır.
Ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik!