Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Şəhidlərin xatirəsi anılıb

28 sentyabr 2023 | 08:51

              Cənab Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə 27 sentyabr ölkəmizdə “Anım Günü” kimi qeyd olunur. Rayonumuzda 27 sentyabr- Anım Günü ilə əlaqədar tədbirlər planı hazırlanmış, məktəblərdə, idarə, müəssisə və təşkilatlarda xatirə gecələri, konfranslar keçirilmiş, sərgi və güşələr təşkil edilmişdir.

Sentyabrn 27-də bütün bölgələrdə olduğu kimi rayonumuzda da Anım Günü ilə əlaqədar  şəhidlər xiyabanında tədbir keçirilmişdir.

Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, Birinci Qarabağ və Vətən müharibəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman oğulların məzarları üzərinə gül-çiçək dəstələri düzmüş, şəhidlərin ruhuna dualar oxumuş, xatirəsini ehtiramla yad etmişlər.

           Mərasiminin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, 2020-ci il sentyabrn 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarından söz açmışdır. Vurğulamışdır ki, 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, işğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda başlanan savaşda rayonumuzun qəhrəman oğulları da rəşadətlə vuruşmuş, şəhidlik zirvəsinə yüksəlmişlər. Bu Qələbə şəhidlərimizin canı, qazilərimizin qanı hesabına qazanılmış, hərbçilərimizin rəşadəti sayəsində əldə olunmuşdur. M.Şəkiliyev həmçinin, son dövrlərdə Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin  Qarabağ iqtisadi rayonunda törətdikləri genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə bu il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan döyüşlərdə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışmışdır. İcra başçısı Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirdiklərinə görə şəhidlərin valideynlərinə dərin ehtiramını bildirmişdir. Diqqətə çatdırmışdır ki, cənab Ali baş komandan Prezident İlham Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində bu gün hər bir şəhid ailəsi, müharibə veteranı bu qayğını bilavasitə öz üzərində hiss edir. Ölkəmizin ərazi bütövlüyü, eyni zamanda torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərmiş şəxslərə və onların ailə üzvlərinə xüsusi diqqət, qayğı ilə yanaşılır, onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Vətən müharibəsindən sonrakı bərpa tədbirləri ilə yanaşı, hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlər rayonumuzda sistemli və ardıcıl xarakter daşıyır.

Tədbirdə şəhid Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova, müharibə iştirakçısı, ehtiyatda olan general-leytenant Ehram Hacıyev, şəhid Fərid Dursunovun həyat yoldaşı Məryəm Dursunova, YAP Qax rayon təşkilatının sədri, şəhid qardaşı Natiq Allahverdiyev çıxış edərək, Vətən uğrunda canlarından keçən igid oğulların hər zaman hörmət və ehtirama layiq olduqlarını, onların ruhu qarşısında baş əydiklərini, şəhidlərimizin qanının yerdə qalmadığını, düşməndən amansız qisas alındığını vurğulamışlar.

Tədbirdə anım gününün davamı olaraq ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

O cümlədən, şəhərin park və xiyabanlarında şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.

Ölkənin hər yerində olduğu kimi, rayonumuzda da saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Keçidlər