Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Şəki Regional Turizm İdarəsi tərəfindən Şəki və Qax rayonlarında fəaliyyət göstərən sosial media mütəxəssisləri ilə görüş keçirilmişdir

18 mart 2026 | 16:38
Görüşün əsas məqsədi Şəki və Qax rayonlarının zəngin turizm potensialının daha geniş auditoriyaya tanıdılması, region haqqında məlumatlılığın artırılması, həmçinin turizm sektorunda həyata keçirilən layihə və təşəbbüslərin təbliğində sosial media mütəxəssisləri ilə əməkdaşlığın gücləndirilməsi olmuşdur.
Görüş zamanı şimal-qərb regionunun turizm imkanları, təbiət və mədəni irs resursları, kənd və ekoturizm potensialı, regiona turist axınının artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat təqdim edilmişdir.
Sosial media mütəxəssisləri tərəfindən turizm marşrutlarının təşviqi, rəqəmsal platformalarda regionun tanıtımının gücləndirilməsi, yeni kontent formatlarının hazırlanması və auditoriya ilə daha effektiv kommunikasiya qurulması istiqamətində təkliflər səsləndirilmişdir. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən müzakirələr aparılıb və gələcək əməkdaşlıq imkanları dəyərləndirilib.
Şəki Regional Turizm İdarəsi tərəfindən sosial media mütəxəssisləri ilə əməkdaşlığın genişləndirilməsi, regionun turizm potensialının daha geniş miqyasda tanıdılması və dayanıqlı turizm inkişafının təşviqi istiqamətində fəaliyyətlərin davam etdirilməsi planlaşdırılır.
Keçidlər