Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Sən də Azadsan” tamaşasının təqdimatı olub

06 mart 2026 | 18:32

Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində  26 fevral Xocalı faciəsinin 34 illiyi ilə əlaqədar İsmayıl Dağıstanlı adına Xalq Teatrının hazırladığı  “Sən də Azadsan” tamaşasının təqdimatı olub.  Tamaşamın müəllifi Zümrüd Quliyeva, quruluşçu rejissor Şəmsəddin Quliyev,  quruluşçu rəssam isə Qoşqar Fətəliyevdir. Rollarda:  Aydan Əhmədli, Nəvai Əliyev, Yusif Qurbanov və Şəmsəddin Quliyev çıxış edib.

Tamaşadan öncə Ermənistan silahlı qüvvələri tərəfindən 26 fevral 1992-ci ildə Xocalıda həyata keçirilmiş dəhşətli soyqırım barədə ətraflı məlumat verilib. XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı bəşəriyyətin yaddaşına insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yazılıb.

Əsərdə Xocalı faciəsi zamanı ata-anası öldürüldükdən sonra erməni ailə tərəfindən götürülüb saxlanılmış qızın acı taleyindən bəhs edilir.

Keçidlər