Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Sentyabrın 11-də Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilib.

11 sentyabr 2025 | 15:42

        

Sentyabrın 11-də Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilib.

       Cari tədris ilində rayon üzrə ali məktəblərə sənəd vermiş 294 məzundan  209-u  tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan  30 nəfər   500-600 bal arası, 12 nəfər  isə 600 baldan yuxarı nəticə göstərib.

       İmtahanlarda şəhərin Namiq Allahverdiyev adına şəhər 2 nömrəli məktəb-liseyinin məzunu Hümmətli Çiçək Hümmət qızı III qrup üzrə ən yüksəl bal ( 697.5 ) toplayaraq Bakı Dövlət Universitetinə daxil olub.

Namiq Allahverdiyev adına şəhər 2 nömrəli məktəb-liseyin məzunları Mütəllibova Gülay Vüqar qızı 678.5 balla Bakı Dövlət Universitetinə, Məmmədli Zəhra Ceyhun qızı 648 balla Azərbaycan Diplomatik Akademiyasına, Hacızadə Vəli Turab oğlu 626.7 balla Bakı Mühəndislər Universitetinə, Tofiq İsmayılov adına 5 nömrəli tam orta məktəbin məzunları Mirzəyev Samiq Sadiq oğlu 636 balla Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasına, Cumayeva Dilək Eldar qızı 606 balla Milli Aviasiya Akademiyasına, Mənəfli Nihad Vüqar oğlu 600 balla Bakı Dövlət Universitetinə, Zakir Müslümov adına Qum kənd tam orta  məktəbinin məzunu İsayev İsa Rəşad oğlu 635 balla Azərbaycan Diplomatik Akademiyasına, Rəfail İbrahimov adına Cəlayir kənd tam orta məktəbinin məzunu Heydərov Polad Sərxan oğlu 620.4 balla Milli Aviasiya Akademiyasına, Arif Abbasov adına Turaclı kənd tam orta məktəbin məzunu Əhmədli Rüfət Bəhruz oğlu 618.1 balla Bakı Mühəndislər Universitetinə, Vaqif Əliyev adına şəhər 3 nömrəli tam orta məktəbin məzunu Vahidzadə Leyla Talıb qızı isə 610.4 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunublar.

       Tədbirdə rayon İcra Hakimiyyətinin birinci müavini  Elbrus Tağıyev çıxış edərək bildirib ki, ölkəmizdə təhsilin inkişafına göstərilən böyük dövlət qayğısı, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni  inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir, bu sahədə əldə olunan uğurlar, qazanılan nailiyyətlər günbəgün artır. E. Tağıyev gəncləri tələbə adı qazanması münasibətilə təbrik etmiş, onlara təhsildə və gələcək həyatlarında uğurlar arzulamışdır. Tədbirdə çıxış edənlər  ali məktəbə qəbul olunan gəncləri təbrik etmiş, onlara yeni dərs ilində müvəffəqiyyətlər arzulamışlar.

      Sonda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.

 

Keçidlər