Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Səyyar qəbullar zamanı irəli sürülən rəy və təkliflər nəzərə alınaraq aidiyyatı qurumlara yönləndirilmişdir və onların həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür

11 iyul 2026 | 10:12
Səyyar qəbullar zamanı irəli sürülən rəy və təkliflər nəzərə alınaraq aidiyyatı qurumlara yönləndirilmişdir və onların həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Beləki Qax rayonunda suvarma mövsümünə hazırlıq və sel sularından mühafizə tədbirləri uğurla davam etdirilir.
Qax Su Meliorasiya sistemlərinin istismarı idarəsi (SMSİİ) tərəfindən 2026-cı ilin iyun ayı ərzində rayon ərazisində sel və daşqın sularının qarşısının alınması, həmçinin suvarma su təminatının yaxşılaşdırılması istiqamətində genişhəcmli işlər icra olunmuşdur. Mənbəyini dəniz səviyyəsindən 1602 metr yüksəklikdən götürən Kürmük çayının yatağının sağ və sol sahillərində yerləşən Əlibəyli və İbaxlı kəndlərinin sel sularından mühafizəsi məqsədilə iyun ayı ərzində 55000 kubmetr həcmində məcra təmizlənmə və sahilbərkitmə işləri görülmüşdür. Son günlərdə rayona yağan aramsız yağışlar nəticəsində Qum, Zərnə və Ləkit çaylarında suların səviyyəsində kəskin artım müşahidə edilmiş, ərazidə yığılmış dambalar yuyulmuş, bağ və əkin sahələrinin gediş-gəliş yolları yararsız hala düşmüşdür. Yaranmış fəsadların aradan qaldırılması məqsədilə operativ tədbirlər görülmüş və iyun ayı ərzində qeyd olunan çaylarda ümumilikdə 14000 kubmetr məcranın tənzimlənməsi işləri yerinə yetirilmişdir.
Kürmük çayının sağ sahilinin 32-ci kilometrliyində 36 kubmetr həcmində qabion bənd qurulmuş, çayın sol sahilində isə 35 kubmetr həcmində daş-beton bəndin təmir-tikintisi işləri uğurla icra edilmişdir. Aramsız yağan yağışlar rayondakı su kanallarına da təsir göstərmiş, Qobala–Ağçay kanalının 5.3-cü kilometrliyində cil hissə tamamilə dağılmış və sol yan divarı uçmuşdur. Həmin hissədə cari təmir hesabına 10.5 kubmetr həcmində təmir-bərpa işləri aparılmış, həmçinin kanalın sağ və sol yamaclarının yuyulmuş hissələri çınqıl qatı ilə daşınaraq doldurulmuşdur.
Sel sularına qarşı mübarizə tədbirləri ilə paralel olaraq, Qax rayonunun 19784 hektar suvarıla bilən əkin sahəsində su təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Qax şəhərinin ərazisindən keçən Qaxmuğal kanalının 800 paqonmetr hissəsində əl əməyi vasitəsilə 120 kubmetr həcmində lildən təmizlənmə işləri aparılmış və toplanan lil avtomaşınlarla ərazidən daşınmışdır. Eyni zamanda, şəhər ərazisindən keçən Qaxingiloy və Qobala–Ağçay kanallarının dolmuş hissələrində xüsusi texnikalar vasitəsilə təmizlənmə işləri həyata keçirilmişdir. Ümumilikdə, iyun ayı ərzində Kazbek, Qaxingiloy, Əmircan, Qaxmuğal, Meşəbaş və Qobala–Ağçay kanallarında 17.4 min kubmetr həcmində lildən və kol-kosdan təmizlənmə işləri aparılaraq suların maneəsiz axını tam təmin edilmişdir.
Rayon əhalisinin fasiləsiz və keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində də müvafiq addımlar atılmışdır. 2026-cı ilin iyun ayı ərzində texniki şərtlər əsasında 4 fərdi yaşayış evinə yeni su xətti və 1 kanalizasiya xətti çəkilmiş, həmçinin abonentlərin uçotunun dəqiqləşdirilməsi məqsədilə 25 ədəd yeni su sayğacı quraşdırılaraq istifadəyə verilmişdir.
Keçidlər