Səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən irəli sürülmüş rəy və təkliflər xüsusi nəzarətə götürülür, həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür
Səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən irəli sürülmüş rəy və təkliflər xüsusi nəzarətə götürülür, həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Regional Su Meliorasiya Xidmətinin tabeliyində olan Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən də rayon əhalisinin təmiz içməli su və suvarma suyu ilə təminatını yaxşılaşdırmaq istiqamətində bir sıra işlər aparılmaqdadır.
Su xəttlərinin çəkilməsi üçün rayon ərazisində yeni su sayğacları quraşdırılmış, yeni su xəttləri çəkilərək abonent kodu verilmişdir.
Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən həmçinin su və kanalizasiya qəzalarının aradan qaldırıması təmin edilmişdir.
Rayonun suvarıla bilən əkin sahələrinə xidmət göstərən 1 və 2-ci dərəcəli kanallarında lildən, kol-kosdan təmizləmə və təmir işləri aparılmışdır.
Eyni zamanda sel sularından mühafizəsi məqsədilə Kürmük çayının hər iki sahilində cari təmir hesabına daş beton bəndin təmir-tikintisi aparılmışdır. O cümlədən, qabion bənd qurulmuş, məcra təmizləmə işləri görülmüşdür.
Vətəndaşların qaldırdığı məsələlərin həlli istiqamətində görülən işlər davam etdirilməkdədir.






