Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Şıxlar kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir

14 fevral 2025 | 15:43

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Şıxlar kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kəndin giriş hissəsinə asfalt örtüyünün çəkilməsinə,  suvarma kanalının meşə sahəsindən keçən 300 metrə yaxın hissəsinin texnika vasitəsi ilə təmizlənməsinə, artezian suyunun bulanıq olduğuna görə tədbirin görülməsinə, vətəndaşın pay torpaq sahəsinin kəsir hissəsinin verilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur. 

Qəbulda qaldırılan məsələlər nəzarətə götürülərək, onların  həlli ilə bağlı rayonda fəaliyyət göstərən xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir.

 

Keçidlər