Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Şotavar kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir.

14 noyabr 2023 | 17:19

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Şotavar kəndində 14 noyabr 2023-cü il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının  rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kənd ərazisindən keçən suvarma kanalına beton örtüyün çəkilməsinə, məktəbə odun yanacağının vaxtında verilməsinə, vətəndaşlara məxsus bağ torpaq sahələrinin sənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

 Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. 

Keçidlər