Soyqırım qurbanlarının xatirəsi anılıb
31 mart 2025 | 10:37
Soyqırımı qurbanlarının xatirəsi rayonumuzda ehtiramla anılıb.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Yeni Azərbaycan Partiyası fəalları, ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda canından keçmiş igid həmvətənlərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini və soyqırım qurbanlarını ehtiramla yad ediblər.