Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Stansiyanın ərazisində 3 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağları salınıb.

07 aprel 2026 | 12:07

Qax Rayon Damazlıq İpəkçilik Stansiyasının əsası 1973-cü ildə qoyulmuş, maliyyə çətinliyi səbəbindən stansiya 1998-ci ildən fəaliyyətini dayandırılmışdır. Nazirlər Kabinetinin 2015-ci ildə qəbul etdiyi qərarla stansiya Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların siyahısına daxil edilmişdir. Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq, Qax rayon Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması məqsədilə Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılarmışdır. 2017-ci ildə stansiyanın əsaslı yenidənqurma işləri həyata keçirilmişdir.

28 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin yenidən qurulan Qax rayon Damazlıq İpəkçilik Stansiyasının açılışında iştirak etmişdirlər.

 Yenidən qurulan Stansiyanın əsas məqsədi ölkədə ipəkçiliyin dayanıqlı əsaslarla inkişafına nail olmaq, ipək emalı sənayesinin xammal təminatını yüksəltmək, istehsal edilən məhsulun keyfiyyətini və həcmini artırmaq, yeni təsərrüfat subyektləri yaratmaq, ipək məhsullarının ixrac potensialını gücləndirmək və məşğulluğu artırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün baramaçılığa və ipəkçilik sənayesinə investisiyaların cəlb olunmasının təşviqi, barama istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinə səmərəli iqtisadi dəstək mexanizminin formalaşdırılması, mövcud bağlarda bərpa və yenidənqurma işləri aparmaqla tut ağaclarının məhsuldarlığının artırılması, barama toxumçuluğunun inkişafı, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, bu sahədə sənayenin müasir texnologiyalar əsasında təşkili və digər mühüm məsələlər nəzərdə tutulur.

Burada, eyni zamanda, baramaqurdu ailələrinin yemlənməsi binası da yaradılıb. Qax rayon Damazlıq Stansiyasında yeni yaradılmış tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması, çoxaldılması, onların bioloji və texnoloji göstəricilərinin yaxşılaşdırılması, barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin edilməsi nəzərdə tutulmuşdur.

Stansiyanın ərazisində 3 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağları salınıb. Bu müəssisənin istifadəyə verilməsi ölkəmizdə ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.

2025-ci ildə Çin Xalq Respublikasından gətirilmiş 5000 qutu və Qax rayon Damazlıq İpəkçilik Stansiyasında istehsal olunmuş 1000 qutu hibrid tut ipəkqurdu toxumu Qax rayon Damazlıq İpəkçilik Stansiyasının inkubasiya kamerasında dirildilərək may ayının əvvəllərindən etibarən Qax rayonun kümdarlarına 200 qutu ipəkqurdu olmaqla bölgü üzrə respublikanın digər rayonlarına da paylanmışdır.

2025-ci mövsüm ilində Qax rayonunda 8033,5 kq sənaye baraması və 300 kq damazlıq barama istehsal olunmuşdur.

Hal-hazırda Qax rayon Damazlıq İpəkçilik Stansiyasında cari mövsümə hazırlıq işləri aparılır.

 

 

 

Keçidlər