Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması işlərinin daha da gücləndirilməsi” mövzusunda tədbir keçirilib

25 may 2023 | 09:12

25 may 2023-cü il tarixdə Qax Dövlət Aqrar İnkişaf Mərkəzində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması işlərinin daha da gücləndirilməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, “Azmelsutəsərrüfat” ASC-nin, “Azərsu” ASC-nin əməkdaşları, Qax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, eləcə də əlaqədar təşkilatların yerli idarələrinin nümayəndələri, bələdiyyə sədrləri və fermerlər iştirak etmişlər.

Seminarda rayon üzrə mövcud vəziyyət, su ehtiyatlarının qorunması, səmərəli idarə olunması və qənaətli istifadəsi, sudan qanunsuz, normadan artıq istifadənin qarşısının alınması barədə ətraflı müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

Keçidlər