Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Sürətlə inkişaf edən müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutur

27 may 2022 | 17:45

     Yüz dörd il əvvəl, 1918-ci il mayın 28-də Şərqdə ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımızın uzun illər arzusunda olduğu milli müstəqillik və azadlıq ideyaları reallaşıb. Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

     Bu fikirlər 28 May – Müstəqillik Günü münasibətilə mayın 27-də rayonda keçirilən tədbirdə səsləndirilib.

     Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

     YAP Qax rayon təşkilatının inzibati binasında keçirilən tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib.

     Tədbiri rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, Xalq Cümhuriyyətinin yarandığı dövrə qısa nəzər salıb, müstəqil Azərbaycan Respublikasının məhz bu Cümhuriyyətin varisi olduğunu vurğulayıb. Bildirilib ki, tarix sübut edir ki, hər hansı xalqın təşəkkülü və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu ən mühüm şərtlərdən biridir. Azərbaycan xalqını milli müstəqilliyə aparan yol nə qədər keşməkeşli, əzab-əziyyətli olsa belə, bu tarixi həqiqət bütün azərbaycanlılarda qürur və fəxarət hissi doğurur. Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşüb. Cəmi 23 ay fəaliyyət göstərmiş bu respublika xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirib, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb.

    Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və himanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərovanın “28 May – Müstəqillik Günüdür” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, bir xalq, millət olaraq azadlığımız, müstəqilliyimiz uğrunda illərlə mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Müstəqil dövləti olmaq, müstəqil dövlətdə yaşamaq səadətdir. Qüdrətli və möhkəm dövlət olmadan müstəqilliyi əldə saxlamaq mümkünsüzdür. Beş min il dövlətçilik tarixinə malik olan Azərbaycan daim torpağına göz dikən, azadlığını təhdid edən, ona düşmən kəsilən yadellilərə qarşı mübarizə aparıb. Tariximiz azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir.

    Tədbirdə çıxış edənlər Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün müstəqil Azərbaycanın yeni inkişaf dövrünü yaşadığını, dünya dövlətləri içərisində öz layiqli yerini tutduğunu xüsusi vurğulayıblar.

Keçidlər