Tanqıt kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir
25 aprel 2025 | 12:12
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Tanqıt kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlər kənddaxili yolun təmir olunması üçün texnika verilməsinə və vətəndaşın Qarabağ müharibəsi veteranı olan oğluna bələdiyyənin ehtiyat fondundan torpaq sahəsinin verilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda qaldırılan məsələlər nəzarətə götürülərək, onların həlli ilə bağlı rayonda fəaliyyət göstərən xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir.






