Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Tanqıt kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir.

18 aprel 2023 | 17:28

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq  Tanqıt kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər  kənd yolunun təmir olunmasına, içməli su probleminin həll olunmasına, kəndə qaz xəttinin çəkilməsinə,  bələdiyyə mülkiyyətində olan həyətyanı torpaq sahəsinin alınmasında  vətəndaşa köməklik göstərilməsi ilə bağlı olmuşdur.

     Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. 

Keçidlər