Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Tofiq İsmayılov adına şəhər 5 nömrəli tam orta məktəbdə peşə təmayüllü sinif fəaliyyət göstərir

11 fevral 2026 | 09:43

Təhsil müəssisələrində peşəyönümlü xidmətin təşkili və idarə olunması təhsil siyasətinin prioritet məsələsidir. Qanuna əsasən ümumorta təhsilin məqsədləri sırasında təhsilalanlara öz gələcək həyat yolunu və fəaliyyət istiqamətini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını peşə seçiminə və əmək fəaliyyətinə hazırlığı təmin etmək xüsusi yer tutur.

Son illərdə ümumorta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnmələri yolu ilə əmək bazarına hazırlanmalarının təmin edilməsi məqsədi ilə peşəyönümlü siniflər layihəsi həyata keçirilir. Məktəblərdə X-XI sinif şagirdləri üçün peşə təmayüllü siniflər fəaliyyət göstərir.

Bu sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı müvafiq peşələrə də yiyələnirlər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmasına kömək edir.

Rayonumuzda da Tofiq İsmayılov adına şəhər 5 nömrəli tam orta məktəbdə peşə təmayüllü sinif fəaliyyət göstərir. Burada şagirdlər 10-cu sinifdə kombi, kondisioner ustasının köməkçisi və dərzi köməkçisi, 11-ci sinifdə isə mebel quraşdırma ustasının köməkçisi və qənnadçı ustasının köməkçisi peşələrinin ilkin bilik və bacarıqlarına yiyələnirlər.

Keçidlər