Turaclı kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Turaclı kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlər kəndin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasına, yeni istifadəyə verilmiş artezian suyundan yolun digər hissəsindəki yaşayış massivinin də təmin olunmasına, zərərverici qəhvəyi mərmər bağacığı həşaratına qarşı mübarizə tədbirlərinin aparılmasına, lor əməliyyatının İcbari Tibbi Sığorta ilə icra olunmasına, kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsinin və odun yanacağının verilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda qaldırılan məsələlərin həlli ilə bağlı rayonda fəaliyyət göstərən xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir.