Ulu öndər Heydər Əliyevin anadan olmasından 99 il ötür
10 may 2022 | 17:03
Böyük şəxsiyyətlər yaşamasaydı, bəşəriyyətin tarixi təsəvvürəgəlməz dərəcədə kasıb və maraqsız olardı. Tarix özünün yaratdığı dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur. Xalqların və ölkələrin inkişafının əsasında şəxsiyyətlərin və ideyaların dayanması inancı ictimai düşüncəyə dərindən hakim kəsilmiş həqiqətlərdən sayılır.
Hər hansı bir ölkənin keçdiyi yola nəzər salsaq görərik ki, bir dövlətin inkişafında, güclənməsində, tanınmasında, xalqın taleyində həlledici rol və böyük məsuliyyət dövlət başçısının üzərinə düşür.
Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev də çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir.
Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi məhz ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən ümummilli lider Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq unudulmaz tarixdir.
Bu gün Ulu öndər Heydər Əliyevin anadan olmasından 99 il ötür. Qədirbilən Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır, onun nurlu və doğma siması göz önündə canlanır.
10 may 2022-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə dahi rəhbərin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etmişdir.
Rayonun rəhbər işçilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli liderin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən bəhs etmişdir. Vurğulamışdır ki, dünya səviyyəli siyasi xadim Heydər Əliyev misilsiz xidmətlər göstərmişdir. Rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova məruzəsində bildirib ki, Azərbaycan xalqı bütünlüklə özünü xoşbəxt saya bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi ümummilli lider Heydər Əliyev şəxsiyyəti və onun əzəmətli ideyaları üzərində qərar tutur. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
Tədbirdə çıxış edən natiqlər dahi rəhbərin həyat və fəaliyyətinin ən önəmli məqamlarından bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, müasir Azərbaycan tarixinin yaradıcısı olan Heydər Əliyev xalqımızın qürur mənbəyi, tarixi bir şəxsiyyət olaraq yaddaşlara əbədi həkk olunub. Harada olmasından asılı olmayaraq, dünyanın istənilən yerində hər bir azərbaycanlı Heydər Əliyev şəxsiyyətini əziz xatirə kimi hər daim yad edir.