Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ulu Öndərin anadan olmasının 100 illik yubileyi qeyd edilib

10 may 2023 | 18:15

Rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə rayonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik  yubileyi təntənəli şəkildə qeyd edilib.

      Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsinə ehtiramlarını ifadə etmişlər. 

Sonra El-Resort hotelinin konfrans zalında rəsmi toplantı keçirilmişdir. İlk öncə  Ulu öndərin Respublikaya rəhbərlik etdiyi dövrlərdə müxtəlif bölgələrə səfərlərini əks etdirən foto sərgi və rayonun istedadlı gənclərinin və məktəblilərin əlişlərindən ibarət sərgiyə baxış keçirilmişdir.

     Rayon rəhbərliyinin, hüquq mühafizə orqanları rəhbərlərinin, YAP rayon Təşkilatının sədri və fəal üzvlərinin, ziyalıların, gənclərin, rayon İcra Hakimiyyətiyanın da İctimai Şuranın, QHT-lərin, KİV-lərin nümayəndələrinin, Ulu öndərlə görüşlərin iştirakçısı olmuş şəxslərin, şəhid ailələri və qazilərin iştirakı ilə keçirilən konfransda  Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti-1969-2003-cü illər” adlı geniş məruzə ilə çıxış edib.

       RİH başçısı M.Şəkiliyev məruzəsində qeyd etmişdirki, müasir Azərbaycanın qurucusu, böyük xilaskar, rəhbərlik etdiyi dövrlərdə ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlər göstərmişdir. Ümummilli lider Heydər Əliyev xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuşdur. Azərbaycan xalqı yeni əsrə və yeni min illiyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Ümummilli liderin müqəddəs mirasını qoruyub saxlamaq hərbir azərbaycanlının şərəfli vəzifəsidir. Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən 2023-cü ilin“ Heydər Əliyev ili” elan edilməsi dahi liderin əziz xatirəsini böyük coşquyla yad etmək və əbədiləşdirmək istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biridir.

Həmçinin vurğulamışdırki, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi tarixi zəfərimizin sevincini yaşadığımız bir dövrə təsadüf edir. Bu gün fəxre dirik ki, dahi liderin Qarabağı erməni əsarətindən         xilas  etmək         arzusu        reallaşdı. Cənab Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi.

Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən “Əsrin adamı-100” adlı sənədli film nümayiş olunmuşdur.

Yubiley tədbiri axşam saatlarında Respublikanın tanınmış mədəniyyət və incəsənət ustalarının və o cümlədən rayonun musiqi və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı ilə davam etdiriləcək, atəşfəşanlıqla yekunlaşacaq.

 

 

 

 

Keçidlər