Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Uşaqlar bizim gələcəyimizdir" adlı uşaq yaradıcılıq festivalı keçirilib
İyunun 22-də Səməd Vurğun adına Mədəniyyət mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Uşaqlar bizim gələcəyimizdir" adlı uşaq yaradıcılıq festivalı keçirilib.
Rayon İcra Hakimiyyətinin dəstəyi , uşaq müəssisələrinin, mədəniyyət və İncəsənət kollektivlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəfa xanım Heydərova Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Dövlət uşaq siyasətinin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, həyata keçirilən uğurlu siyasətdən danışmışdır. O, həmçinin ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin olunmasından, uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil şəxsiyyət kimi yetişməsindən söz açmış, uşaqları festival münasibətilə təbrik etmişdir.
Daha sonra tədbir uşaq incəsənət məktəbinin, mədəniyyət müəssisələrinin uşaq rəqs və folklor kollektivlərinin maraqlı konsert proqramı ilə davam etmişdir.