Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ümummilli lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü rayonda böyük ehtiramla anılıb

12 dekabr 2023 | 17:54
      12 dekabr 2023-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü Qax rayonunda böyük ehtiramla anılıb. Rayon rəhbərliyi, YAP fəalları, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və kollektivləri ayrı-ayrı idarə, müəssisə və təşkilat kollektivlərinin nümayəndələri, ziyalılar, gənclər, və ictimaiyyət nümayəndələri səhər saatlarından başlayaraq Ulu Öndərin Qax şəhərindəki Mərkəzi Meydanda ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
       Sonra Heydər Əliyev Mərkəzində “Xalqa bağışlanan ömür” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq zəngin və mənalı həyatını Vətəninə, xalqına həsr edən Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, dünyada mənsub olduğu xalqların tarixində əbədi yaşamaq haqqı qazanmış nadir şəxsiyyətlər var ki, onlar həm öz ölkələrinə, həm də geniş mənada, bəşəriyyətə aid olan tarixi şəxsiyyətlərdir. Öz xalqı və dövləti qarşısındakı misilsiz tarixi xidmətləri ilə əbədiyyət qazanmış görkəmli dövlət xadimi Heydər Əliyev həm də dünya miqyasında XX əsrin qüdrətli liderlərindən biri kimi qəbul olunur. Azərbaycan xalqının XX əsrin ortalarından sonrakı tarixi taleyində mühüm rol oynayan Heydər Əliyev tarixin ən çətin və mürəkkəb ictimai-siyasi şəraitində mənsub olduğu xalqı zamanın qasırğalarından qoruyub çıxarmağı və irəli aparmağı bacarıb. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub.
      Diqqətə çatdırılıb ki, Ulu Öndər özündən sonra Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasət həyata keçirməklə zirvələrə daşıyacaq Lider yetişdirməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərib. Heydər Əliyevin inamı, xalqın böyük etimadı özünü tam doğruldub. Onun layiqli davamçısı olan İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyulub. Azərbaycan öz iqtisadi, siyasi gücü, hərbi qüdrəti, xalqımızın mübarizə ruhu və əzmi ilə yeni zirvələri fəth etməyə doğru inamla irəliləməyə başlayıb. Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”u ilə 44 gün ərzində Qarabağın işğaldan azad edilməsi tarixlərə sığmayacaq qədər möhtəşəm hadisədir. İşğaldan azad edilmiş torpaqlarımızın tarixi Zəfərdən sonra böyük sürətlə yenidən qurulması əfsanələrin, nağılların gerçəkləşdirilməsi deməkdir.
Daha sonra YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev “Xalqa bağışlanan ömür” mövzusunda geniş məruzə ilə çıxış edib.
      Tədbirdə çıxış edənlər Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışmış, onun şərəfli ömür yolunun gələcək nəsillər üçün əsl örnək olduğunu qeyd etmişlər. Vurğulamışlar ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla reallaşdırır. Son illərdə əldə etdiyimiz möhtəşəm nailiyyətlər əminliklə deməyə əsas verir ki, Ümummilli Liderin müəyyənləşdirdiyi və həyata keçirdiyi müdrik siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir.
      Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videolent nümayiş olunub.
Keçidlər