Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilmişdir

25 noyabr 2023 | 13:52

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş rayonda keçirilən silsilə tədbirlərin davamı olaraq 25 noyabr 2023-cü il tarixdə növbəti ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilmişdir.

         Aksiyada rayon rəhbərliyi, YAP fəalları, idarə, müəssisə və təşkilat kollektivləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Şəhərin müxtəlif ərazilərində 427 ədəd müxtəlif növ ağac, 430 ədəd qızıl gül kolu əkilmişdir.

 

 

 

Keçidlər