Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edildi

01 iyun 2023 | 16:29

1 İyun-Uşaqların Beynalxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynalxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənmiş və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınmışdır. Bundan sonra həmin gün uşaqların müdafəsi günü kimi tarixə düşmüşdür.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da təntənə ilə qeyd edilir. 1 İyun-Uşaqların Beynalxalq Müdafiə günü ilə bağlı İçəri bazar Turizm kompleksində rayon İcra Hakimiyyətinin dəstəyi , uşaq müəssisələrinin, mədəniyyət və İncəsənət kollektivlərinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəfa xanım Heydərova Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Dövlət uşaq siyasətinin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, həyata keçirilən uğurlu siyasətdən danışmışdır. O, çıxışında həmçinin Heydər Əliyev Fondunun da bu sahədə həyata keçirdiyi uğurlu tədbirlərdən, həmçinin ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin olunmasından, uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil şəxsiyyət kimi yetişməsindən söz açmış, uşaqları bayram günü münasibətilə təbrik etmişdir.

Daha sonra tədbir uşaq incəsənət məktəbinin, mədəniyyət müəssisələrinin uşaq rəqs və folklor kollektivlərinin maraqlı konsert proqramı ilə davam etmişdir.

Tədbirin sonunda Heydər Əliyev ili münasibətilə rayonda keçirilmiş müxtəlif yarış və müsabiqələrin qalibləri mükafatlandırılmışdır.

 

Keçidlər