Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Vətən müharibəsi şəhidi Təbriz Əliyevin xatirəsi anılıb

22 avqust 2022 | 12:43

Rayonda Vətən müharibəsi şəhidi Təbriz Əliyevin doğum günündə xatirəsi anılıb. Bununla əlaqədar Rayon İcra Hakimiyyətinin, YAP Qax rayon təşkilatının rəhbər şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin əməkdaşları, idarə və təşkilatların, şəhər ictimaiyyətinin nümayəndələri, Təbriz Əliyevin yaxınları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Mərasimdə çıxış edənlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışıb, 19 yaşında şəhidlik zirvəsinə ucalan Təbriz Əliyevin qəhrəmanlığından söz açıb, onun əziz xatirəsinin heç bir zaman unudulmayacağını qeyd ediblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Şəhid Təbriz Əliyev 2001-ci il avqustun 20-də Qax şəhərində anadan olub. 2019-cu ilin noyabrında həqiqi hərbi xidmətə çağırılıb. O, 44 günlük Vətən müharibəsində Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Təbriz Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Keçidlər