Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Vətən müharibəsi şəhidlərinin doğum günü qeyd edildi

25 noyabr 2022 | 09:25

Rayonda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın doğum və anım günlərində xatirələrinin anılması, ailələrinin ziyarət olunması  ənənə halını almışdır.

Bu həftə ərzində də şəhid Şabanov Kamran Elşən oğlunun  və Ağayev Asəf Abid oğlunun doğum  günlərində xatirələri  yad edilib.

Mərasimdə Rayon  İcra  Hakimiyyətinin və YAP Qax rayon təşkilatının nümayəndələri  iştirak etmişlər. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülmüş, ruhlarına dualar oxunmuş, xatirələri ehtiramla yad edilmişdir.

Ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik.

 

Keçidlər