Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan rayonumuzun mərd oğullarının anım mərasimi keçirilmişdir.

26 iyul 2022 | 17:04

       Rayonda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızın doğum və anım günlərində xatirələrinin anılması, ailələrinin ziyarət olunması artıq ənənə halını  almışdır.

       Bu günlərdə gizir Sahib Musayevin və MAXE Nihad Abbasovun ardınca  Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan Fərid Dursunovun da doğum günündə xatirəsi yad edilib.

        Hər üç  şəhidin anım mərasimlərində rayon rəhbərliyi, şəhidlərin ailə üzvləri, ictimaiyyət nümayəndələri,  gənclər,  məktəblilər  iştirak  etmişlər. Şəhidlərin məzarları  üzərinə gül dəstələri düzülmüş, ruhlarına dualar oxunmuş,  xatirələri ehtiramla yad edilmişdir. Anım mərasimlərində şəhidlərin Vətən müharibəsindəki şücaətlərindən, onların şərəfli döyüş yollarından söz açılmışdır.
             Ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canından keçmiş bütün  şəhidlərimizə  Allahdan rəhmət, qazilərimizə isə şəfa  diləyirik!

 

Keçidlər