Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Vətən müharibəsinin daha bir iştirakçısı işlə təmin olunub

20 iyun 2022 | 14:11

      Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər tariximizin şanlı salnaməsidir. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edən qəhrəmanlarımızın ailələrinə, döyüşlərdə şücaət göstərən qazilərə diqqət və qayğı göstərmək bütün cəmiyyətimizin borcudur.

       Bu  gün ölkəmizdə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial problemlərinin həll edilməsi üçün zəruri tədbirlər görülür.  Rayon İcra Hakimiyyəti tərəfindən də bu istiqamətdə müvafiq addımlar atılır, o cümlədən şəhidlərin ailə üzvlərinin, qazilərin,  müharibə iştirakçılarının işlə təmin olunması daim diqqət mərkəzində saxlanılır.

       Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə Vətən müharibəsi iştirakçısı Rəşidli Samir Elçin oğlu RİH başçısı aparatının İnformasiya təminatı və təhlili sektorunda aparıcı məsləhətçi vəzifəsinə təyin edilib və 20.06.2022-ci il tarixdə kollektivə təqdim olunub.    
      Məlumat üçün bildirək ki, Samir Rəşidli sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Keçidlər