Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan rayonumuzun mərd oğullarının anım mərasimi keçirilmişdir

08 avqust 2022 | 16:46

Rayonda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə  qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızın doğum və anım günlərində xatirələrinin anılması, ailələrinin ziyarət olunması artıq ənənə halını almışdır.

Bu günlərdə əsgər Rəvan Bünyadlı və mayor Aqil Omarovun doğum günlərində xatirəsi yad edilib. Həmçinin keçən həftə ərzində Sahib Qadaşov və Elçin Əhmədovun şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir.

Hər dörd şəhidin anım mərasimlərində rayon rəhbərliyi, şəhidlərin ailə üzvləri, ictimaiyyət nümayəndələri, gənclər, məktəblilər iştirak etmişlər. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülmüş, ruhlarına dualar oxunmuş, xatirələri ehtiramla yad edilmişdir. Anım mərasimlərində şəhidlərin döyüçlərdəki  şücaətlərindən, onların şərəfli döyüş yollarından söz açılmışdır.

Ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik.

Keçidlər