Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Xalqımızın ən qədim adət-ənənələrindən, milli birlik və həmrəylik rəmzi olan Novruz bayramı rayonumuzda böyük ruh yüksəkliyi ilə qeyd edilib

20 mart 2026 | 13:00
Baharın gəlişi münasibətilə Bayraq meydanında ümumrayon bayram şənliyi keçirilib.
Rayon rəhbərliyi, qonaqlar və şənlik iştirakçıları və əvvəlcə ayrı-ayrı əmək kollektivlərinin təşkil etdikləri səmənilərlə, xonçalarla bəzədilmiş bayram süfrələri, milli mətbəx nümunələri ilə tanış olub, el sənətkarlarının əl işlərinə baxıblar.
Meydanda həmçinin idmançıların nümunəvi çıxışları təqdim olunub. Pəhləvanın güc nümayişləri bayrama rəng qatıb.
Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək, sakinləri bayram münasibətilə təbrik edib, qədim adət-ənənələrimizdən olan Novruzun xalqımız tərəfindən həmişə böyük sevinc və coşqu ilə qarşılandığını bildirib. Vurğulayıb ki, artıq xalqımız Novruz bayramını ikiqat sevinc hissi, Qələbə əhval-ruhiyyəsi ilə qeyd edir. İndi xalqımız Novruz tonqalının Xankəndi şəhərində, Şuşada, Xocalıda, Laçında, işğaldan azad olunmuş digər şəhər və rayonlarımızda alovlandırılmasından böyük qürur hissi keçirir.
Dədə Qorqudun Novruz təbrikindən sonra meydanda qurulan bayram tonqalı qalanıb. Tonqalı Vətən müharibəsi şəhidlərinin övladları alovlandırıblar.
Bayram şənliyində respublikanın tanınmış incəsənət nümayəndələri, rayonun musiqi və rəqs kollektivləri rəngarəng konsert proqramı ilə çıxış edib, idmançılar, balaca gimnastlar, pəhləvanlar öz məharətlərini göstəriblər. Novruzun personajları olan Kosa və Keçəl məzəli zarafatları ilə bayram iştirakçılarına xoş ovqat bəxş ediblər.
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər