Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Xamis Muradovun 80 illik yubileyi qeyd edilib

16 sentyabr 2023 | 11:19

15 sentyabr 2023-cü il tarixdə rayonun S.Vurğun adına Mədəniyyət Mərkəzində görkəmli kinorejissor, ssenarist, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı həmyerlimiz Xamis Muradovun 80 illik yubileyi qeyd edilmişdir.

Yubiley gecəsində rayon rəhbərliyi, müəssisə və təşkilat rəhbərləri, mədəniyyət işçiləri, ziyalılar və ictimaiyyət nümayəndələri, həmçinin görkəmli kinorejissorun ailə üzvləri iştirak etmişdir.

Tədbirdə RİH başçısı Musa Şəkiliyev çıxış edərək Xamis Muradova təbriklərini və xoş arzularını çatdırıb. Vurğulayıb ki, nəinki Azərbaycanın, eləcə də keçmiş sovetlər birliyinin kino mədəniyyəti tarixində özünəməxsus yeri olan kinorejissor Xamis Muradovun 80 illik yubileyinin onun doğulduğu Qax şəhərində keçirilməsinin şəhərin mədəni həyatı üçün çox əlamətdar hadisədir.  Xamis Muradov Azərbaycan kinosunun “qızıl fondu”nu təşkil edən filmlərdə ekran həyatı verdiyi parlaq obrazlarla mədəniyyət xəzinəmizi zənginləşdirmişdir. Ölkə rəhbərliyinin sənət adamlarına göstərdiyi diqqətdən Xamis Muradov da kənar qalmamış, Azərbaycan kinosunun inkişafında xidmətlərinə görə 2000-ci ildə “Əməkdar incəsənət xadimi”, 2005-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür. 2012-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

        Tədbirdə çıxış edən Xalq qəzetinin bölgə müxbiri İlqar Həsənov Xamis Muradovun Azərbaycan kinosu tarixində önəmli mövqeyindən söz açaraq sənətkarla bağlı xatirələrini bölüşmüş, onun sənətdəki xüsusi yerindən bəhs etmişdir.

        Yubiley gecəsində həmçinin Xamis Muradovun sənət dostlarının yubilyara təbrik videomüraciətləri təqdim edilib.

        Sonda Xamis Muradov çıxış edərək yaradıcılığına göstərilən yüksək diqqətə görə rayon rəhbərliyinə, həmçinin tədbir iştirakçılarına öz minnətdarlığını bildirmişdir.

 

 

 

Keçidlər