Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Xocalı faciəsindən otuz bir il keçir...

26 fevral 2023 | 13:05

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 26 fevral-Xocalı faciəsindən  otuz bir il keçir. Bununla əlaqədar rayonda tədbirlər planı hazırlanmış,  mədəniyyət ocaqlarında, idarə, müəssisə, təşkilatlarda və ümumtəhsil məktəblərində açıq dərslər, konfranslar keçirilmiş, sərgi və güşələr təşkil edilmişdir.

Fevralın 26-da rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, Yeni Azərbaycan Partiyası fəallarının və rayon ictimaiyətinin nümayəndələri Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda canlarından keçən igid həmvətənlərimizin məzarları üzərinə gül-çiçək düzmüş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər