Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Xocalı faciəsindən otuz iki il keçir...

26 fevral 2024 | 16:35

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş Xocalı faciəsindən  otuz iki il keçir. Bununla əlaqədar rayonda tədbirlər planı hazırlanmış,  mədəniyyət ocaqlarında, idarə, müəssisə, təşkilatlarda və ümumtəhsil məktəblərində açıq dərslər, konfranslar keçirilmiş, sərgi və güşələr təşkil edilmişdir.

Fevralın 26-da Şəhidlər Xiyabanında rayon rəhbərliyinin, şəhid ailələrinin üzvlərinin, qazilərin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat kollektivlərinin, Yeni Azərbaycan Partiyası fəalllarının və rayon ictimaiyətinin nümayəndələrinin iştiraki ilə anım mərasimi keçirilmiş, ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi yad edilmiş, dualar oxunmuşdur.

Həmçinin Xocalı faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar rayon ərazisində məskunklaşmış Xocalı ailəsi rayon rəhbərliyi tərəfindən ziyarət olunmuşdur.

Saat 17.00-da rayon ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər