Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Xocalı faciəsindən otuz üç il keçir

26 fevral 2025 | 16:06

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş Xocalı faciəsindən  otuz üç il keçir. Xocalı soyqırımına həsr olunmuş respublika üzrə tədbirlər planına uyğun olaraq rayonda tədbirlər planı hazırlanmış,  idarə və təşkilatlarda, o cümlədən mədəniyyət ocaqlarında, ümumtəhsil məktəblərində açıq dərslər, konfranslar keçirilmiş, sərgi və güşələr təşkil edilmişdir.

Fevralın 26-da Şəhidlər Xiyabanında rayon rəhbərliyinin, şəhid ailələrinin, qazilərin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat kollektivlərinin, Yeni Azərbaycan Partiyası fəallarının və rayon ictimaiyətinin nümayəndələrinin iştiraki ilə anım mərasimi keçirilmiş, ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Mərasimdə Xocalı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi yad edilmiş, dualar oxunmuşdur.

Həmçinin Xocalı faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar rayon ərazisində məskunklaşmış Xocalı ailəsi rayon rəhbərliyi tərəfindən ziyarət olunmuşdur.

Saat 17:00-da rayon ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər