Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

XX əsrin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları, etnik zəmində təxribatları terror əməlləri ilə başladı və Azərbaycana qarşı hərbi təcavüzlə nəticələndi

02 mart 2026 | 09:08

Sabahın xeyir, #Qax!

XX əsrin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları, etnik zəmində təxribatları terror əməlləri ilə başladı və Azərbaycana qarşı hərbi təcavüzlə nəticələndi.

Məhz bele bir zamanda, vətənin dar günündə igid oğullarımız torpaqlarımızın müdafiəsinə qalxdı. Belə oğulların içində həmyerlilərimiz olan iki qardaş, Həmzət və Eldəniz Babayevlər də olmuşdur.

Babayev Həmzət Mirzə oğlu 1961-ci il yanvarın 15-də Sarıbaş kəndində anadan olub. O, 1978-1982-ci illərdə Gəncədə Kənd Təsərrüfatı İnsitutunun mexanizasiya fakultəsini bitirib və kolxozda mühəndis kimi əmək fəaliyyətinə başlayıb. Daha sonra isə Zaqatala rayon MTS-də mühəndis vəzifəsində çalışıb. 1993-cü ildə vətənin dar günündə könüllü olaraq Milli Orduya qoşularaq Murov döyüşlərində iştirak edib və 1994-cü il fevralın 13-də Kəlbəcər döyüşlərində itkin düşüb. Ailəli idi. İki övladı yadigar qalıb.

Qardaşı Babayev Eldəniz Mirzə oğlu 1971-ci il oktyabrın 25-də Cəlayir kəndində anadan olub. 1988-ci ildə Cəlayir kənd tam orta məktəbini bitirib. 1989-cu ildə keçmiş Sovet ordusunda hərbi xidmətə çağırılıb. Hərbi xidməti bitirdikdən sonra könüllü olaraq Qarabağa gedərək döyüşlərdə iştirak edib və burada topçu peşəsinə yiyələnib. 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Subay idi.

Allah rəhmət eləsin!

Keçidlər